"Qarabağ" mövsümə qələbə ilə başlayıb

22:15 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misli Premyer Liqasında yeni -  2024/25 mövsümünə start verilib. 

Hafta.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

“Araz-Naxçıvan” son çempion “Qarabağ”ı qəbul edib. Oyun Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri şənbə və bazar günü keçiriləcək. 

Misli Premyer Liqası

1-ci tur

“Araz Naxçıvan” – “Qarabağ” - 1:4

Qollar: Redon Cica, 7 (0:1), Riçard Almeyda, 9 (0:2), Hamidu Keyta, 47 (0:3), Nuno Rodriqes, 86 (1:3), Abbas Hüseynov, 88 (1:4)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

"Liv Bona De Arena"

3 avqust 

18:30. “Neftçi” - “Turan Tovuz”

20:45. “Sumqayıt” - “Kəpəz”

4 avqust

17:30. “Şamaxı” - “Sabah”

20:00. “Zirə” - “Səbail”